Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib

Yaponiya xarici işlər naziri Taro Kono sentyabrın 5-də Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Yaponiya xarici işlər nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

5 Sentyabr 2018 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə