Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqlarımız arasında humanitar əlaqələr genişlənəcək

Bu il sentyabrın 1-də Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri, Soçi şəhərində Rusiya Prezidenti hörmətli Vladimir Putinlə keçirdiyi görüşlər, dövlət başçıları arasında səmərəli müzakirələrin nəticəsi kimi imzalanan bir sıra sənədlər hər iki dövlətin, Azərbaycan və rus xalqlarının mənafelərinə tamamilə cavab verir. 
Etiraf etmək lazımdır ki, Rusiya bu gün dünyanın iqtisadi, hərbi cəhətdən ən böyük dövlətlərindən biridir və rəsmi Bakının Kremllə bərabərhüquqlu, səmimi və işgüzar münasibətlər qurması təqdir olunmağa layiq hadisədir. Mən şəxsən bu hadisəni son illər Azərbaycan dövlətinin xarici siyasətinin ən uğurlu səhifələrindən biri hesab edirəm. 
Məlumdur ki, müstəqil Azərbaycan dövləti ilə Rusiya Federasiyası arasında strateji münasibətlərin möhkəm təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider haqlı olaraq hesab edirdi ki, gənc, müstəqil Azərbaycan dövlətinin işğalçı Ermənistan istisna olmaqla, bütün qonşularla, o cümlədən Rusiya ilə normal əlaqələr yaradaraq inkişaf etdirməsi zəruridir. Təqdirəlayiq haldır ki, bu müdrik siyasi xətt Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. 
Düşünürəm ki, iki qonşu dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin günişlənməsi regionda sülhün və təhlükəsizliyin daha da güclənməsinə gətirib çıxaracaq. Məni razı salan məqamlardan biri də odur ki, Azərbaycan Prezidenti Soçidə Rusiya Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bir daha vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin ədalətli surətdə nizamlanması olduqca vacibdir. Silahlı münaqişə nəticəsində torpaq itkisinə və böyük iztirablara düçar olmuş Azərbaycan xalqının buna tamamilə haqqı çatır. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Ölkəmizin torpaqlarının 20 faizi işğal altındadır. Ümid edirəm ki, Kreml Ermənistanın hazırkı iqtidarının riyakar siyasətinin fərqindədir və bu ağır münaqişənin həllində konstruktiv mövqe nümayiş etdirəcək. 
Bir məqamı da vurğulamaq istərdim. Azərbaycan və rus xalqları arasında tarixən elmi, mədəni, humanitar əlaqələr yüksək səviyyədə olub. Azərbaycanda Rusiya mədəniyyətinə, ədəbiyyatına böyük maraq var. Əminəm ki, xalqlarımız arasında humanitar əlaqələr bundan sonra daha da genişlənəcək. 

Esmira RƏHİMOVA,
“Ailələrə dəstək” İctimai Birliyinin sədri

5 Sentyabr 2018 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə