Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ilə Azərbaycan arasında açıq və səmimi münasibət formalaşıb

Azərbaycan Prezidenti İlham Əliyevlə  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin   arasındakı  Soçi  görüşünün nəticələrinə  iki ölkə mediasında çox yüksək qiymət verilir. Bu səfər  dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirdi.  Dövlət müstəqilliyimizi  bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin vacib  prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu siyasətin  yeridilməsində ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır.  
Məhz  ümummilli lider Heydər Əliyev  siyasi hakimiyyətə qayıtdıqdan sonra   Azərbaycan - Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. Hazırda isə ulu öndərin layiqli davamçısı Prezident  İlham Əliyev bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişdir.
Bildirim ki, bu səfər  bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verəcək.  Hər iki dövlət rəhbərinin rəsmi və işgüzar səfərləri zamanı  müxtəlif  sahələr üzrə  çox mühüm  sənədlər  imzalanmışdır.  Qeyd edək ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq, ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamizmlə inkişaf edir. Həmçinin iki dövlət arasında münasibətlər açıq və səmimi xarakter daşıyır. Hazırda ölkələrimiz arasında əməkdaşlığın bir çox məsələlərinə dair razılıq əldə edilmişdir. Bu,  bir daha göstərir ki, tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir. Bu səfər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilmiş, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
 Prezidentlərin görüşü zamanı bir  sıra  məsələlər, o cümlədən  Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Görüşdə  bu problemin tənzimlənməsi ilə bağlı məsələlər xüsusi diqqət mərkəzində saxlanılmışdır. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək göstərəcəyini  diqqətə çatdırmışdır.  Həmçinin Prezident  İlham Əliyev qeyd etmişdir  ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. 
Hazırda Azərbaycan regionlararası iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin, müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-humanitar məsələlərinin müzakirə edildiyi mühüm məkana çevrilmişdir.  
Dövlət  başçılarının  Soçi görüşü sübut etdi ki, Azərbaycan  - Rusiya münasibətləri  qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır  və  sürətlə  inkişaf edir.

Çingiz QƏNİZADƏ, 
Milli Məclisin deputatı

5 Sentyabr 2018 21:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə