Ən son xəbərlər
Bakıda və Abşeron yarımadasında
Günəşli. Mülayim şmal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-31° isti,
Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)
Mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Mülayim şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
İyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti,
gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Köhnə versiyamızdan xəbərləri izlə