Ən son xəbərlər
Ötən ildə dünyanın ən çox ziyarət edilən muzeyləri açıqlanıb.
Dünya İqtisadi Forumunun rəsmi saytı bildirir ki, Parisin Luvr Muzeyi növbəti dəfə siyahıda birinci yer tutub. 2018-ci ildə bu muzeyi 10,2 milyon nəfər ziyarət edib.
İkinci yeri 8,61 milyon qonaq ilə Çinin Milli Muzeyi tutub. Üçüncü isə Nyu-Yorkdakı Metropolitan Muzeyidir. Ötən ildə buraya 7,36 milyon nəfər baş çəkib.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə