Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fermerlər üçün maarifləndirici tədbir keçirilir

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Ağsu rayonuna səfər edib. Səfərdə məqsəd pambıq yığımı ərəfəsində fermerlər üçün maarifləndirici tədbirlər  keçirməkdir.

Rayonun Navahı kəndində 11 hektarlıq pambıq sahəsində keçirilən tədbirdə fermerlərə kombaynla yığıma hazırlıq qaydaları, pambıq kollarının defolyasiyası prosesi barədə məlumatlar verilib. Tədbir çərçivəsində iştirakçılara həmçinin "Aqrolizinq" ASC-nin bazasında olan defolyantlar, onların aqrotexniki qaydalara uyğun tətbiqi qaydaları və təhlükəsizlik geyimləri barədə geniş məlumat verilib, defolyantlar və geyimlər traktorçulara təqdim edilib.

Qeyd edək ki, cari il ərzində təhlükəsizlik geyimləri respublikanın bütün rayonlarında pambıq sahələrində gübrələmə işini həyata keçirəcək traktorçulara təqdim ediləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

5 Sentyabr 2018 17:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə