Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir

Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin formalaşması prosesi davam edir.  Həftə ərzində Saatlı, Ucar, Samux, Masallı, Xocavənd, Ağstafa, Bərdə, Kürdəmir, Astara, Beyləqan, Qax, İmişli, Yevlax, Göygöl, Qəbələ, Ağcabədi, Lerik, Goranboy, Hacıqabul və Biləsuvarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində Fermerlər və Koordinasiya Şuralarının təsis olunmasına dair iclaslar keçirilib. İclaslarda yerli fermerlərə yeni yaradılan Şuraların funksiya və vəzifələri barədə məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Şuralar kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

5 Sentyabr 2018 17:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə