Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Beynəlxalq Tarla Günü”nə həsr olunmuş konfrans

Avstriyanın ”SAATBAU“ şirkətinin təşkilatçılığı ilə 27-30 avqust tarixlərində “Beynəlxalq Tarla Günü”nə həsr olunmuş konfrans keçirilib. Konfransa dünyanın 20-dən artıq ölkəsinin nümayəndələri qatılıb. Ölkəmizi bu tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov və  özəl toxumculuq  şirkətinin nümayəndələri təmsil ediblər.

Tədbirin əsas məqsədi şirkət  tərəfindən  yaradılmış qarğıdalının sort/hibridlərinin əkin sahələrinə  baxış keçirmək, qabaqcıl texnologiyanı öyrənmək,  hibrid qarğıdalının alınma metodları ilə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olub. Tədbir çərçivəsində Qaynberq şəhərində yerləşən qarğıdalı  istehsalı və toxumçuluğu üzrə ixtisaslaşmış ən müasir modern zavodun, həmçinin Leondunde şəhərində yerləşən  “SAATBAU “ şirkətinin  toxumçuluq zavodunun fəaliyyəti  ilə tanış olub, yeni yaradılmış hibrid qarğıdalının əkin sahələrinə baxış keçirilib.

Tədbirdə “SAATBAU” şirkətinin  toxum emalı zavodunun direktoru cənab Fraundorfera qonaqları salamlayaraq müəssisənin  əsas fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr, şirkətin  seleksiyaçısı cənab Tayxera qarğıdalının sort/hibridlərinin  müasir metodlarla  yaradılmasına dair təqdimatla çıxış edib.

Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində bir sıra səmərəli görüşlər keçirib, qarğıdalının sort və hibridlərinin yaradılmasında tətbiq olunmuş  müasir  texnologiyanın ölkəmizdə istifadəsi, şirkətin gələcəkdə Azərbaycanda  hibrid qarğıdalı toxumu  istehsalının təşkili üçün birgə layihələr həyata keçirilməsi məsələlərini müzakirə edib.

                                                           

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Sentyabr 2018 17:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə