Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xəstə Qasımın dastanı” kitabı çap olunub

Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlının “Xəstə Qasımın dastanı” adlı kitabı nəşr olunub.

www.science.gov.az saytı yazır ki, kitabda XVIII əsrin görkəmli el sənətkarı Xəstə Qasımın elin yaddaşında, xüsusən də saz-söz sinədəftərlərinin hafizəsində yaşayan çoxsaylı dastan-rəvayətlərindən üç məşhur səfərindən – “Xəstə Qasıma vergi verilməsi”, “Xəstə Qasımın Dağıstan səfəri” və “Xəstə Qasımın Şamaxı səfəri”ndən söhbət açılır.

Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

5 Sentyabr 2018 17:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə