Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Sentyabrın 4-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya CİS konfransı – 2018” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.

www.science.gov.az saytının məlumatına görə, tədbirdə Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova və digər ölkələrdən olan elm adamları iştirak edirlər.

Konfransı giriş sözü ilə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq beynəlxalq tədbirin keçirilməsinin əsas məqsədinin müasir dövrdə Coğrafi İnformasiya Sistemlərindən (CİS) elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarının aşkara çıxarılması olduğunu bildirib. Müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edildiyini deyən F.Qədirov AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsaslarının araşdırıldığını, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlərin görüldüyünü, bir sıra layihələrin həyata keçirildiyini deyib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Səlcuq Universitetinin professoru Fərrux Yıldız və digərləri çıxış edərək CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin dinamik inkişafı ilə bağlı fikirlərini bölüşüb, konfransın işinə uğurlar arzulayıblar.

Daha sonra konfrans “Coğrafi informasiya sistemləri”, “Məkan verilənlərin strukturu və onların CİS-də tətbiqi”, “Məkan analizlərinin CİS-də tətbiqi”, “Ətraf mühitin monitorinqi”, “CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, “CİS-də torpaq, su və iqlimin tədqiqi”, “Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, “GPS, məsafədən zondlama və CİS”, “CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” seksiyaları üzrə davam edib.

Sentyabrın 7-dək davam edəcək beynəlxalq tədbirdə müxtəlif mövzularda 150-dək məruzə dinləniləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                     

 

5 Sentyabr 2018 17:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə