Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

32-ci Beynəlxalq Xarəzm Mükafatı

İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin  Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm Mükafatını elan edib. Hər il təşkil olunan bu müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir.

www.irost.org saytının məlumatına görə, Beynəlxalq Xarəzm Mükafatı informasiya texnologiyaları, elektronika və kompüter elmləri, yaşıl texnologiyalar, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri və nanotexnologiyalar, biotexnologiyalar, kimya texnologiyaları və s. elm sahələrini əhatə edir. Müsabiqə artıq 31 ildir ki, “COMSATS”, “ECO”, “ELSEVIER”, “ICARDA”, “IORARCSTT”, “TWAS”, “UNIDO”, “UNESCO”, “WAITRO”, “WIPO” kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Mükafat üçün namizədlər çalışdıqları elmi müəssisə tərəfindən təqdim edilir. Müraciətlər ingilis dilində təqdim olunmalıdır. Materialların qəbulu noyabrın 20-dək aparılır. Beynəlxalq Xarəzm Mükafatı laureatları dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi 2019-cu ilin fevralında keçiriləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

5 Sentyabr 2018 17:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə