Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Albert Enşteyn sirrini oğluna açıqlayıb

ABŞ-da dərc olunan və "Böyük Amerikalıların Uşaqlarına Məktubları" adlı kitabda Albert Eynşteynin oğluna yazdığı məktuba diqqət ayrılıb.

Dünya şöhrətli alim Albert Eynşteyn "Böyük amerikalıların uşaqlarına məktubları" kitabında oğluna yazdığı məktubda öyrənməyin sirrini açıqlayır.

Eynşteyn 11 yaşlı oğlu Hans Albertə müraciət edərək yazır: "Kef edərək bir iş görürsən və vaxtın necə keçdiyini başa düşmürsən. Bu öyrənməyin ən yaxşı yoludur".  Bundan sonra isə düsturu açıqlamağa başlayır.

Eynşteyn "işlədiyi müddət ərzində vaxtın necə keçdiyini anlamadığını və bəzən yemək yeməyi unutduğunu söyləyir. Alim fortepiano və dülgərlik işlərinin 11 yaşlı Hans Albert Eynşteynin yaşı üçün uyğun olduğunu, hətta məktəbdən də yaxşı olduğunu əlavə edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Sentyabr 2018 17:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə