Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanı dəyişdirən kitablar

"BBC" kanalı insanların fikirlərini dəyişdirən kitabların adlarını açıqlayıb.

"BBC" 35 ölkənin tanınmış yazıçı, alim, jurnalist, tənqidçi və tərcüməçiləri arasında "Dünyanı dəyişdirən kitablar hansılardır?" sualı ətrafında sorğu keçirib. Siyahının birinci sırasında Homerin “Odissey”i yer alıb.

Maraqlıdır ki, siyahıdakı 100 kitabdan 23-ü qadın yazıçılara aiddir. Adı ən çox çıkilən yazıçılar isə Şekspir, Virciniya Vulf və Franz Kafka olub.

  1. Odisseya - Homer (e.ə 8-inci əsr); 2. Tom Dayının Daxması - Harriet Biçer Stoue (1852); 3. Frankenştein - Meri Şelli (1818); 4. 1984 - Corc Oruell (1949);   5. Parçalanma - Çinua Açebe (1958); 6. Min Bir Gecə Nağılları - (8-18-inci əsr);  7. Don Kixot - Migel də Servantes (1605-1615); 8. Hamlet - Uilyam Şekspir (1603); 9. 100 ilin tənhalığı - Qabriel Qarsia Markez (1967); 10. İliada - Homer (e.ə. 8-inci əsr).

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Sentyabr 2018 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə