Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya bizim qonşumuz və dostumuzdur

Bu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərini, Soçidə keçirilən görüşləri, orada səslənən dərin məzmunlu, parlaq çıxışları televiziyadan böyük maraqla izlədim. 
Dövlət başçıları bir sıra mühüm əhəmiyyət kəsb edən ikitərəfli münasibətləri və beynəlxalq problemləri ətraflı müzakirə etdilər. Azərbaycan Prezidenti haqlı olaraq bildirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər qarşılıqlı hörmətə, inam və etimada əsaslanır və həyatımızın bütün sahələrini əhatə edir.  
Məni xüsusilə razı salan odur ki, müstəqil dövlətlərimizin rəhbərləri arasında səmimi və işgüzar görüş zamanı Azərbaycan xalqının böyük iztirablarına səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutub. Bu problemin ədalətli həlli xalqımız üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya dövləti münaqişənin nizamlanmasında səylərini bundan sonra da davam etdirəcək.  
Azərbaycanla Rusiya arasında humanitar sahədə də əlaqələr hər zaman yüksək səviyyədə olub. Ölkəmizdə tarixən rus mədəniyyətinə, rus dilinə böyük rəğbət var. Azərbaycanın orta təhsil müəssisələrində rus dilində təhsil almaq üçün heç bir maneə yoxdur. Rusiyanın aparıcı universitetlərinin Bakıda iki filialı fəaliyyət göstərir. Mədəniyyət, incəsənət sahələrində də sıx əlaqələrimiz yaranıb.  
Bir sözlə, Azərbaycan--Rusiya dövlətlərinin və xalqlarının dostluğu bu gün müasir dünyada iki dövlət arasında səmimi dostluq və qonşuluq əlaqələri üçün gözəl nümunəyə çevrilib. Bir ağsaqqal kimi, mən bundan çox məmnunam. Xalqımızın gözəl deyimi var: yaxın qonşu uzaq qohumdan yaxşıdır.  

Həsən GÜNƏŞLİ,
Quba Rayonu Ağsaqqallar Şurasının sədri

4 Sentyabr 2018 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə