Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərişıq” ASC-də yeniliklər öz bəhrəsini verir

Ötən ilin avqust ayı ilə müqayisədə “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət iki dəfə artıb

“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına son aylarda əlavə üç xidmətin artırılması, həmçinin istehlakçıların enerji təchizatı sxeminin bir fazalıdan üç fazalıya keçirilməsi, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsinin yalnız “ASAN xidmət” xətti ilə həyata keçirilməsi avqust ayında müraciətlərin sayının artmasına səbəb olub.
Eyni zamanda, iyul ayının sonunda Nazirlər Kabinetinin əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı kVt-a görə vahid tarif müəyyən etməsi və buna görə əvvəlki qayda ilə müqayisədə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflərin ucuzlaşması da müraciət edənlərin sayında artıma səbəb olub.  Nəhayət, elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması üçün yeni yaradılan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə sahibkarların diqqət göstərməsi də müraciətlərin sayına müsbət təsir göstərib. 
Nəticədə “Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün iki yüzdən artıq sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 mindən artıq  vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 426, qeyri-əhali qrupuna aid istehlakçıların sayğac əvəzlənməsi üçün 1000-ə yaxın sahibkar müraciət edib.  
Nəticədə istirahət ayı hesab olunmasına baxmayaraq avqust ayında “Azərişıq” ­ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi digər xidmətlərlə birlikdə 12 mindən artıq müraciət daxil olub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə 2 dəfə çoxdur.

“Xalq qəzeti”

4 Sentyabr 2018 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə