Ən son xəbərlər
İstanbulda Sultanəhməd meydanında Türkiyə Diyanət Vəqfi tərəfindən bu il 38-ci dəfə təşkil edilən Türkiyə Kitab və Mədəniyyət Sərgisi ilə bağlı aparılan hazırlıqlar başa çatdı.
Hər il Ankarada da təşkil edilən sərginin bu il İstanbuldakı ikinci yeri isə Böyük Çamlıca məscidi olacaq.
1981-ci ildən etibarən 28 il boyunca Sultanəhməd meydanında təşkil edilən Türkiyə Kitab və Mədəniyyət Sərgisində təxminən 250 nəşriyyat iştirak edir.
Mayın 31-ə qədər açıq olan sərgiyə hər gün 10 min insanın gəlməsi gözlənilir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə