Ən son xəbərlər
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.
Nazir qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, maraq doğuran digər məsələlər müzakirə olunub.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə