Ən son xəbərlər
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görüb. Məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınıb, onların digər sosial problemlərinin həlli ilə bağlı ciddi addımlar atılıb. Ümumilikdə qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri inşa edilib ki, bu da 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir.
Sevindirici haldır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən bu diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və bu təcrübədən istifadə olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da məcburi köçkünlərin problemlərinin həllinə həmişə həssaslıqla yanaşır.
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində də dövlətimizin başçısı məcburi köçkünlərin sosial vəziyyətinin bundan sonra da yaxşılaşacağını bildirdi: “Bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur. Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.
Məcburi köçkünlərə qayğı bununla bitmir. Onlara sosial müavinətlər verilir, məktəblər, xəstəxanalar tikilir. Bir sözlə, bu gün məcburi köçkünlər dövlətin qayğısını hiss edir və bu diqqətə görə cənab Prezidentə öz minnətdarlıqlarını bildirirlər.
Mən həkiməm. Səhiyyə sahəsinə göstərilən qayğı, məcburi köçkünlərin sağlamlığının qorunmasına göstərilən diqqətin şahidiyəm. Onların pulsuz tibbi müayinəsinin təşkili neçə illərdir ki, davam etməkdədir.
Ümumiyyətlə, ölkəmizdə son illər səhiyyənin inkişafına dövlətimiz xüsusi önəm verir. Elə Nazirlər Kabinetinin iclasındakı nitqində də cənab Prezident bunu bir daha təsdiq etmişdir: “Bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın”. Məcburi köçünlər üçün salınmış qəsəbələrin hər birində müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanalar, poliklinkalar, tibb məntəqələri fəaliyyət göstərir.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri ölkə vətəndaşlarının tibbi xidmətə əlçatanlığının təmin edilməsidir. İcbari tibbi sığortanın tətbiqi bunu təmin etməyə, tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə xidmət edəcəkdir.
Bütün bunlara görədövlət başçımıza təşəkkürümüzü bildirirəm.
Nüsrət ƏHMƏDOV,
Qubadlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Köhnə versiyamızdan xəbərləri izlə