Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” ciddi itki ilə üzləşib

Topaz Premyer Liqasının 27-ci turunda Qarabağ” “Səbail”lə oyuna “ciddi itki ilə çıxacaq. Belə ki, Ağdam klubunun əsas oyunçularından Abdullah Zubir sarı vərəqə limiti səbəbilə oyunda iştirak edə bilməyəcək. Buna səbəb Mərakeş əsilli franalı yarımmüdafiəçinin ötən tur “Zirə” ilə oyunda 4-cü sarı vərəqəni alaraq limiti doldurmasıdır.

Eyni zamanda “Səbail”də itkilərdən qaça bilməyib. Sarı vərəqə limiti səbəbindən Ağabala Ramazanov və “Qəbələ” ilə oyunda zədələnmiş Oleksandr Rıbkanın da “Qarabağ”la oyunu buraxacağı dəqiqdir.

Qeyd edək ki, “Qarabağ” – “Səbail” oyunu mayın 5-də keçiriləcək. “Qarabağ” bu turda qələbə qazanacağı təqdirdə “Neftçi”nin oyununun nəticəsindən asılı olmayaraq, sona bir tur qalmış çempionluğu rəsmiləşdirəcək.

 

Elşən AĞALAR,
Xalq Qəzeti”

29 Aprel 2019 12:44 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə