Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Neymarın Turinə danışıqlar üçün getdiyi qənaətindədir

PSJ-nin braziliyalı hücumçusu Neymar Da Silva Santos Juniorun aprelin  25-i Turin hava limanında olduğu və hava limanından Kazelle kəndinə getdiyi bildirilir. Daha sonra “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə kinoteatrda görüşdüyü qeyd edilir. Bu barədə İtaliyanın TuttoSport idman nəşri məlumat dərc edib. Mediada Neymarın “Yuventus” rəhbərliyi ilə danışıqlar aparması ilə bağlı iddialar dolaşır. Bu  suala isə məşqçi Fransanın PSJ komandasının baş məşqçisi Tomas Tüxel aydınlıq gətirib. O,  Neymarın Fransa kubokunun finalından iki gün öncə Turinə getdiyini təsdiqləyib: “Mən heç nə bilmirəm. Mən onun nə atasıyam, nə polisəm, nə də ki, detektiv. Mən komandanın baş məşqçisiyəm və o, axşam məşqə qatılmışdı, necə ki, bu gün səhər də bizimlə idi. Bu qədər.”

Qeyd edək ki, Neymar PSJnin heyətində 14 oyuna 13 qol vurub və 7 qol ötürməsi edib.

 

Elşən AĞALAR,
“Xalq qəzeti” 

27 Aprel 2019 15:47 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə