Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad Rəhimov Avropa Liqası finalı haqqında fikirlərini bölüşüb

Azərbaycan gələn ay Avropa Liqasının finalına ev sahibliyi edəcək. Bu barədə Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimov açıqlama verib. “Sport–Express”in verdiyi məlumata görə, nazir hazırda Bakının “Formula-1 SOCAR Azərbayca Qran-prisi 2019”-inə ev sahibliyi etdiyini xatırladıb.

Nazir həmçinin Avropa Liqasında  “Çelsi”yə azarkeşlik edəcəyini açıqlayıb. “İngiltərə finalının olmasını istəmirəm. Özüm də “Çelsi”yə azarkeşlik edəcəyəm. Hər halda Abramoviç bizim adamdır”—deyə o əlavə edib.

Nazir  “İngiltərəli azarkeşlərdən qorxursunuzmu?” sualına isə bu cür cavab verib: “Xeyr, qətiyyən qorxmuruq. Bilirəm ki, onlara xeyli pivə lazım olacaq və pivə zavodları tam gücü ilə işləyir. Nəyisə dağıdacaqlarını isə düşünmürəm. Çünki əvvəllər də haranısa dağıtmadıqlarını bilirəm”.

Qeyd edək ki, Avropa Liqasının yarımfinal görüşlərində “Arsenal” (İngiltərə) – “Valensiya” (İspaniya) və “Ayntraxt” (Almaniya) – “Çelsi” (İngiltərə) komandaları qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da baş tutacaq. Final görüşü isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

27 Aprel 2019 15:46 - İDMAN
İDMAN
6 May 2021 | 08:20
Joze Mourinyo “Roma”da

Köhnə versiyamızdan xəbərləri izlə