Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yuventus” Poqbanı komandaya geri qaytarmaqda israrlıdır

Məşhur “CorSport” agentliyinin yaydığı məlumata əsasən, “Yuventus” komandası Qvineya əsilli Fransalı futbolçusu Poqbanı öz heyətinə daxil etmək fikrindədir. Belə ki, artıq futbolçunun hazırda çıxış etdiyi “Mançester Yunayted”dən ayrılacağı haqqında mediada fikirlər dolaşmaqdadır. Qoca Sinyora ola bilər ki, yay transferi zamanı Pyaniç, Dibala, Kosta və Sandro transferlərindən bəhrələnərək Poqbanı heyətinə qatsın. Qeyd edək ki, Fransalı dünya çempionu 2012 – 2016 cı il mövsümlərində “Yuventus”un heyətində 124 oyunda forma geyinib və 28 qol vurub. Daha sonra 2016-cı ildə 89 milyon ingilis funtu dəyərinə “Mançester Yunayted”ə transfer edilib.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

27 Aprel 2019 15:44 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə