Ən son xəbərlər
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Samux rayonunda ağacəkmə kompaniyası keçirilib. Aksiyada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi, Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, təşkilat və müəssisələrin işçiləri, gənclər, məktəblilər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həmin gün rayonun əsas magistral və avtomobil yollarının kənarlarına yerli iqlim şəraitinə uyğun olan 3000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağacları və 8000 ədəd dekorativ gül kolu əkilmişdir.
Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə