Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini icmalarla QHT-lərin fəaliyyət perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili" adlı konfrans keçirilib.
Tədbiri açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın məqsədi barədə məlumat verərək QHT-lərlə dini icmalar arasında əməkdaşlığın vacibliyinə toxunub. Bildirib ki, ictimaiyyəti maarifləndirmək baxımından vətəndaş cəmiyyətinin rolu və imkanları böyükdür və bu səbəbdən də dini icmalarla QHT-lərin əməkdaşlığı müsbət nəticələr verə bilər. Dini radikalizm və xurafata qarşı mübarizənin vacibliyinə toxunan natiq vətəndaş cəmiyyəti fəalları, təşkilatların bu istiqamətdə gələcəkdə layihələr həyata keçirmələrinin əhəmiyyətini qeyd edib. Mübariz Qurbanlı gələcəkdə QHT-lərin sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin təbliği baxımından işlər görməsinin vacibliyini vurğulayıb.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cəmiyyətdə harmoniyanın yaranmasında, milli-mənəvi dəyərlərin təbliğində QHT-lərin müsbət rolundan danışaraq qeyd edib ki, rəhbərlik etdiyi şura yaranan gündən vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq edir.  Azərbaycanın öndə duran problemlərindən birinin dini radikalizm olduğunu vurğulayan Azay Quliyev bildirib ki, Azərbaycanda dini radikalizm olmayıb. Lakin bu gün dini radikalizmin ölkəmizə ixrac olunması bizi narahat edən bir məsələdir. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığa toxunan natiq bir sıra təkliflərlə çıxış edib: “Təklif edirəm ki, hər iki qurumun iştirakı ilə birgə qrant müsabiqələri keçirilsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin”.
 Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri Nəriman Qasımzadə, Bakı Şəhər Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan QHT Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlərinin Assosasiyası İctimai Birliyinin sədri Fazil Abbasov və digər dini icma rəhbərləri çıxış ediblər. Tədbirdə vurğulanıb ki, Azərbaycanda islami dəyərlərin təbliğində maarifləndirməyə geniş yer ayrılır. Gənclərimizi radikalizmdən qorumaq, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəslə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə bigə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub.
Həmçinin tədbir iştirakçıları cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

30 Avqust 2018 21:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə