Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə küçələrin cari təmiri və şəhər təsərrüfatına elektrik avadanlığının, mal-materialların və inventarların satınalınması məqsədilə Açıq Tender Elan Edir

Tender 2 lot üzrə keçirilir.
Lot -1. Şəhər küçələrinin carı təmirinin satınalınması.
Lot-2.Şəhər təsərrüfatına lazım olan elektrik avadanlığının, mal-material və inventarların satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Müqavilə 2018-ci il dekabrın 31-dək yerinə yetirilməlidir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, H.Əliyev küçəsi 27 nömrəli ünvanda yerləşən Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən (əlaqələndirici şəxs: Zaur Mikayılovdan, tel: 02026-5-33-46) ala bilərlər.
İştirak haqqı hər lot üçün 200 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat: Şamaxı Rayon Yerli Xəzinədarlıq Orqanı
H\h: AZ42 CTRE 00000000000002512732 
VÖEN: 8400081801 DXA 
Kod: 210005 
VÖEN: 1415550171 
M\ h: AZ41 NABZ 01360100000003003944
S.W.İ.F.T BİK CTRCAZ22
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri 4 oktyabr 2018-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətinə qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. 
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 12 oktyabr 2018-ci il saat 17.00-a qədər təqdim etməlidirlər. 
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 Təklif zərfləri 15 oktyabr 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
 İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası

30 Avqust 2018 20:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
28 Sentyabr 2022 | 00:05
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə