Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Huawei” “Apple”i qabaqlayıb

Çinin smartfon istehsalı üzrə ixtisaslaşmış “Huawei” şirkəti 2018-ci ilin ikinci rübündə elektronika mağazalarına  “Apple” ilə müqayisədə daha çox smartfon tədarük edib. Bu barədə “Life.ru” saytı məlumat yayıb.  Mənbə qeyd edir ki, bununla da  bəhs edilən dövrdə smartfon tədarükünə görə  “Huawei” “Apple”i geridə qoyub. 
Mənbə qeyd edir ki, bəhs edilən dövrdə dünya bazarında “Huawei” şirkətinin smartfonlarına tələbat xeyli artıb. Son bir ildə Çin şirkəti istehsalı olan smartfonların tədarük həcmi 36 milyondan 50 milyonadək yüksəlib. Bunun nəticəsində Çinin elektronika nəhəngi smartfonların populyarlığı üzrə reytinqdə ikinci yerə yüksəlməyə imkan verib. “Apple” şirkətinin mobil qurğularına tələbatın təxminən eyni səviyyədə (44,7 milyon) olmasına baxmayaraq,  şirkət reytinqdə üçüncü yerə düşüb.
Qeyd edək ki, Cənubi Koreyanın “Samsung” şirkəti isə 2018-ci ilin birinci rübündə olduğu kimi hazırda smartfon bazarının lideridir.
Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

30 Avqust 2018 20:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə