Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Hindistana sanksiya tətbiq edə bilər

ABŞ Hindistana qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir. RİA “Novosti“”nin məlumatında qeyd edilir ki, sanksiyalar Hindistanın Rusiyadan “S-400” zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarına görə tətbiq edilə bilər.
Birləşmiş Ştatların müdafiə nazirinin Asiya – Sakit okean regionu işləri üzrə köməkçisi Rendall Şriverin sözlərinə görə, Hindistanın planlarının sanksiyaların köməyi ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə aktının təsiri altına düşmə ehtimalı var. Rendall Şriver həmçinin, bu barədə qərarı ABŞ Prezidentinin verəcəyini vurğulayıb.
R.Şriver əlavə edib ki, ABŞ Rusiya və Hindistan arasında hərbi əlaqələri tanıyır, lakin Vaşinqtonu onlar üçün daha perspektivli tərəfdaş hesab edir.
Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

30 Avqust 2018 20:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə