Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan: Türkiyə iqtisadiyyatı təzyiqlərə davam gətirmək üçün kifayət qədər güclüdür

Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bilidirib ki, ölkəsi Vaşinqton  tərəfindən artan iqtisadi təzyiqlərin öhdəsindən gəlmək üçün kifayət qədər güclüdür. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
R.T.Ərdoğan Teleradio Yayım Verilişləri Jurnalist Assosiasiyasının “Media üzrə Oskarlar” mükafatlandırma mərasimində çıxışında deyib: “Bəllidir ki, son vaxtlar ölkəmizin  iqtisadiyyatında struktur islahatlarının aparılması zərurəti yaranmışdır. Biz bu barədə məlumatlıyıq və problemin həlli üzərində çalışırıq”. 
Xatırladaq ki, ABŞ ­Konqresi iki ölkə arasında yaranan diplomatik qalmaqal bəhanəsi ilə əvvəlcə iki türkiyəli nazirə sanksiyalar tətbiq edib. Bu il avqustun 1-dən isə Türkiyədən Birləşmiş Ştatlara idxal edilən polad və alüminiuma tətbiq olunan gömrük tarif dərəcələri iki dəfə yarım artırılıb. Bundan başqa, Ağ ev Ankaradan təkidlə rahib Endryu Bransonun azad edilməsini tələb edir, əks təqdirdə Türkiyəyə qarşı əlavə sərt sanksiyalar tətbiq edəcəyini bildirir. 
Türkiyə hökuməti isə öz növbəsində ABŞ sanksiyalarına cavab olaraq bu ölkədən idxal etdiyi bir sıra məhsullara 100 faizlik və daha yüksək gömrük tarifləri tətbiq edib.  Rəsmi Ankara Bransonla bağlı isə bildirir ki, rahib terrorçu FETO və PKK qruplaşmaları ilə cinayət əlaqələrində şübhəli bilindiyi üçün həbs olunub. Onun azad olunub-olunmaması məhkəmənin səlahiyyətindədir. 
ABŞ sanksiyaları Türkiyənin milli valyutası-lirənin  xeyli ucuzlaşmasına səbəb  olub. R.T.Ərdoğan bildirib ki, Türkiyə hökuməti milli valyutasını, bütövlükdə, iqtisadiyyatını müdafiə etmək  üçün lazımi addımlar atır. Dövlət başçısı çıxışlarında bu məsələyə tez-tez toxunur. Yuxarıda adını çəkdiyimiz tədbirdə bu barədə danışarkən deyib: “Bir sıra qüvvələr bizi küncə sıxışdırmaq istəyirlər. Lakin Ankara Vaşinqtonun təhdidlərinə boyun əyməyəcək”. 
Yeri gəlmişkən, dünya birliyi ölkələrində Vaşinqtonun Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalara münasibət birmənalı deyil. Belə ki, Almaniya və Fransa kimi böyük dövlətlər, eləcə də Rusiya, Çin, Küveyt və Qətər artıq həmin sanksiyalara qarşı etirazlarını bildiriblər. Qətər Əmiri hətta Türkiyə iqtisadiyyatına kömək məqsədilə 15 milyard dollar həcmində sərmayə yatıracağını vəd edib. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

30 Avqust 2018 20:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə