Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi”

Azərbaycan ailəsinin mənəvi və fiziki baxımdan sağlam olması cəmiyyətin inkişafı deməkdir. Ölkəmizdə illərdir,  formalaşmış ailə institutu həmişə milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayıb. Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu və Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin  birgə təşkil etdiyi 
“Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” adlı konfransda səsləndirilib.
 Mənəvi Dəyərlərin Təbliği  Fondu icraçı direktorunun müavini Ceyhun Əliyev konfransı açaraq fondun fəaliyyət istiqamətləri barədə məlumat verib və ailə dəyərlərinin əhəmiyyətinə , müasir dövrdə Azərbaycan ailəsinin qarşılaşdığı problemlərə toxunub.  Bildirib ki,  hər bir vətəndaşın formalaşmasında ailənin rolu böyükdür. Cəmiyyətdə ailələrin dağılmasına toxunan Ceyhun Əliyev  qeyd edib ki ailələrin dağılması üzücü haldır, çünki hər bir  ailənin möhkəmliyi bizim üçün önəmlidir. “Azərbaycan xalqı hər zaman ailə dəyərlərinə hörmətlə yanaşıb və bu dəyərlər bu gün də aktualdır. Çünki sağlam ailə sağlam cəmiyyət deməkdir,”--deyə  əlavə edib. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə münasibətlərinin hüquqi tənzimi” ilə bağlı məruzə edib və Azərbaycan qanunvericiliyində ailə hüququ ilə bağlı aktual məsələlərə toxunub. O, hər bir gəncin ailə qurmazdan əvvəl ailə hüququ ilə tanış olmasının vacibliyini vurğulayıb.
MDTF-nın  icraçı direktoru Mehman İsmayılov “Ailə və din” adlı məruzə ilə çıxış edib. O, cəmiyyətdə  ailənin yeri və rolundan bəhs edərək bildirib ki, İslamda da ailə dəyərlərinə böyük önəm verilir. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova  qloballaşma və ailə barədə danışıb. O, qloballaşmanın təsiri ilə ailəyə dəyən mənəvi zərərlərə toxunub. Bildirib ki, gənc ailələrin qorunmasında milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova  ailənin psixoloji iqlimi  ilə bağlı  məruzə edib.
AMEA  Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,  fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Azərbaycan ailəsində gender bərabərliyi” barədə danışıb. 
Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

30 Avqust 2018 20:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə