Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Melburndakı kimya zavodunda yanğın

Avstraliyanın Melburn şəhərinin qərbində yerləşən kimya zavodunda yanğın baş verib.
“ABC” telekanalının məlumatına görə, alovu söndürmək üçün 120 yanğınsöndürən və 30 ədəd texnika səfəbər edilib.
Lakin hadisə yerində vəziyyət get-gedə gərginləşir. Buna səbəb yanğının zavodun anbarına daxil olması və oradakı kimyəvi maddələrin partlayaraq yanğını daha da gücləndirməsidir.
Ərazidə məktəblər bağlanıb. Yerli əhalidən xahiş edilib ki, mümkün qədər evdən çıxmasınlar və qapı-pəncərələri açmasınlar.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

30 Avqust 2018 20:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə