Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı növbəti görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarının yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 Aprel 2019 18:07 - EKOLOGİYA
EKOLOGİYA
26 Noyabr 2021 | 18:08
Sabahın HAVA PROQNOZU
25 Noyabr 2021 | 18:12
Sabahın HAVA PROQNOZU
24 Noyabr 2021 | 18:03
Sabahın HAVA PROQNOZU
23 Noyabr 2021 | 18:11
Sabahın HAVA PROQNOZU
22 Noyabr 2021 | 18:04
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə