Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quşçuluq təsərrüfatlarının pulloroz – tif xəstəliyindən qorunmasına dair tövsiyə

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən yoluxucu xəstəliklərdən biri də pulloroz-tif xəstəliyidir. Quşçuluqda pulloroz-tif xəstəliyinin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə bilən xəstəliyin qarşısını almış olarlar.

Bu xəstəlik toyuqlarda yumurta məhsulunun azalmasına, yumurtadan cücənin çıxım faizinin aşağı düşməsinə, çıxan cücələrin yaşamaq  qabiliyyətlərinin zəif olmasına və birinci 30 gün müddətində tələf olmasına, cavanların inkişafdan qalmasına gətirib çıxarır.

Xəstəliyin yayılması gedişinin xarakterindən, yemləmə və saxlama şəraitindən asılıdır. Cücələri qaranlıq, rütubətli, pis ventilyasiya edilən binalarda, binaları yaxşı hazırlamadıqda, baytarlıq-sanitariya qaydalarının tələblərinə əməl edilmədikdə, dezinfeksiya keyfiyyətsiz aparıldıqda xəstəlik tez və asanlıqla yayılaraq çoxlu iqtisadi zərərə səbəb olur. Xəstəlik həmçinin yem payında vitaminlər, mineral maddələr, mikroelementləri olmayanda, yemləmə və suvarma qabları cücələrin  sayına  müvafiq  olmadıqda, temperatur  rejiminə  riayət edilmədikdə və orqanizminin müqavimət qüvvəsinin zəifləməsinə səbəb olan digər çatışmazlıqlar olduqda daha tez və geniş yayılır.

Təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, quşlarda qeydə alınan yoluxucu pulloroz-tif xəstəliyinə qarşı aparılan profilaktika və  müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Aprel 2019 12:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə