Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərtərdə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri davam etdirilir

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Tərtər rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Dövlət Baytarlıq Xidməti bildirir ki, Tərtər rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Tərtər Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Hazırda Tərtər Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan heyvan və ev quşlarına baytarlıq xidməti göstərir. Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən təsərrüfatlarda saxlanılan heyvanlar arasında peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların xəstəliklərə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Həmçinin iribuynuzlu heyvanlar arasında allergik müayinə aparılıb. Eləcə də 3 min kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Tərtərdə saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Aprel 2019 11:46 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə