Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan məhsulları Urumçidə keçiriləcək “Çin-Avrasiya” sərgisində nümayiş olunacaq

“Made in Azerbaijan”  brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası avqustun 29-dan sentyabrın 3-dək Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin məhsulları Urumçidə keçiriləcək "Çin-Avrasiya" sərgisində də nümayiş olunacaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

30 Avqust 2018 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə