Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Budəfəki hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahələri özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən avqustun 28-də növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri olub.

Komitədən bildirilib ki, ƏMDK tərəfindən müasir texniki imkanların tətbiqi dövlət əmlaklarının özəlləşdirilməsi prosesini əlçatan formada reallaşdırır. Elektron hərrac sistemi ilə qeydiyyatdan keçmək, sifariş vermək və iştirak imkanları investorların bu sahəyə marağını artırır. Belə ki, hər kəs istənilən növ dövlət əmlakını elektron mühitdə özəlləşdirməklə biznes fəaliyyətinə başlaya bilər. Hərraclarda operativ və optimal üsullardan istifadə isə vətəndaş məmnunluğunun təminatına yönəlib.

Hərracda buraxılış tarixi 2007-ci il olan “BMW”, “Qaz” və “Fiat” markalı nəqliyyat vasitələri özəlləşdirilib. Qeyd edək ki, bu dövlət əmlaklarından biri hərracda rəqabətli mühit yaradıb. Belə ki, “Qaz-3102” markalı avtomobil uğrunda iki sifarişçi arasındakı mübarizə avtomobilin 1800 manat olan ilkin hərrac qiymətini 2 dəfəyə qədər artırıb. Hərrac qalibi 3 min 500 manat təklif edərək bu əmlakın sahibi olub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

30 Avqust 2018 17:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə