Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddi ayda 460 milyon manatadək sığorta haqqı toplanılıb

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459,9 milyon manat məbləğində sığorta haqqı toplanıb, 145,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 334,5 milyon manat, ödənişlər isə 107,5 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125,4 milyon manat, ödənişlər 38,4 milyon manat olub.

Hesabat dövründə sektor üzrə məcmu sığorta haqlarının 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74 faizi könüllü, 26 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

30 Avqust 2018 17:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə