Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pambıq yığımı başlanır

Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin 15 hektar sahəsində pambıq əkilib və hazırda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir.  AZƏRTAC xəbər verir ki, məntəqənin əməkdaşı Balaeyvaz Hüseynovun sözlərinə görə, sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.

Məntəqənin əməkdaşı artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib: “Fermerlərə məsləhət görmək istərdim ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır”.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

30 Avqust 2018 16:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə