Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çindən gətirilən avadanlığın təqdimat mərasimi keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına həyata keçirilən “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rayon baytarlıq diaqnostika kabinetlərinin maddi-texniki bazasının gücləndirilməsi layihəsi” çərçivəsində alınmış avadanlıqların təhvil-təslim aktının imzalanma və təqdimatı mərasimi keçirilib.

Mərasimindən öncə Xidmətin foyesində sərgilənən ayrı-ayrı laboratoriya avadanlıqlarına baxış keçirilib və həmin avadanlıqların istifadə qaydaları və texniki parametrləri barədə məlumat verilib. Bu avadanlıqlarla qanın, patoloji materialların və müəyyən heyvan xəstəliklərinin müayinəsi aparılır.

Laboratoriya avadanlıqları Çin və Azərbaycan hökumətləri arasında ötən il, mayın 13-də mübadilə edilmiş notaya uyğun olaraq Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təqdim edilib.

Mübadilə notasına əsasən Çin tərəfi qeyd olunan avadanlığı bu il yanvarın 13-də Bakıya çatdırıb. Avadanlıqların quraşdırılması, sistemə qoşulması və istismar üçün hazır vəziyyətə gətirilməsi, eyni zamanda çinli mütəxəssislər tərəfindən azərbaycanlı texniki heyətə təlimlərin keçirilməsi başa çatdırılıb.

Mərasimdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinin yaranması ilə əlaqədar Dövlət Baytarlıq  və Dövlət Fitosanitar nəzarəti xidmətləri ilə Qida Təhlükəsizliyi Agentliyinin arasında səlahiyyət bölgüsü həyata keçirilib. Nəzarət funksiyaları bütövlükdə Qida Təhlükəsizliyi Agentliyinə verilib və dəyər zənciri üzrə bütövlükdə ölkəmizdə nəzarət funksiyası bir qurumda cəmləşib. Bu baxımdan Dövlət Baytarlıq Nəzarəti Xidmətin funksiyalarına və tabeçiliyinə aid olan həm Respublika Baytarlıq Laboratoriyası, həm də zona baytarlıq laboratoriyaları bilavasitə Qida Təhlükəsizliyi Agentliyinin tabeçiliyinə verilib.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua ölkəsinin Azərbaycanda aqrar sahənin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

30 Avqust 2018 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə