Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fermerlərlə görüş

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti bölgələrdə yerli fermer və təsərrüfat sahibləri ilə silsilə görüşlər keçirir. Növbəti görüş Şabran, Xaçmaz və Qusar Dövlət Aqrar İnkişaf mərkəzlərində baş tutub. Məqsəd yerli fermer və sahibkarlarla tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətləri barədə onları məlumatlandırmaq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.

DATŞ direktor müavini Sərxan Sərxanov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib: “Dövlət Aqrar Ticarət Şirkəti 3 aya yaxındır ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində şirkətimiz həm formalaşma prosesini keçir, həm də kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsul satışına dəstək göstərməyə çalışır. Hədəfimiz böyükdür. Bizim əsas məqsədimiz yerli fermerlərlə əməkdaşlıq qurmaq, onlarla birbaşa ünsiyyət yaratmaq və məhsul satışına dəstək göstərməkdir”.

Daha sonra görüşdə iştirak edən fermerlərin təklifləri müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

30 Avqust 2018 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə