Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Parlamenti adından Dağlıq Qarabağa səfər edən alman deputatın 14 il rəhbərlik etdiyi partiyanın adına baxın

1965-ci  ildə Almaniyanın Göttingen torpağında doğulan  Martin Sonneborn  2004-cü ildə “Əmək, hüquq, heyvanların firavanlığı, elit inkişaf və demokratik təşəbbüskarlıq” Partiyası adlı siyasi qurum yaratmasına baxmayaraq, meydanda tək qalıb. Yəni heç kəs onun yaratdığı eybəcər təşkilata üzv olmaq istəməyib. Buna baxmayaraq, həmin təlxək Avropa Parlamentinə qəbul edilib. Elə Dağlıq Qarabağa da məhz Avroparlament xəttiylə səfər edib. Bu adam özünü satirik-siyasətçi adlandırır və baş redaktoru olduğu satirik jurnalın adı da elə onun kimliyini sübut edir : “Titanik”.

 “Trend” yazır ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə klounların və təlxəklərin qastrolları davam edir. Xarici İşlər Nazirliyinin  Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, növbəti kloun  Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək və marginal Martin Sonneborndur:"Bu adamın siyasi təbliğat posterinə baxmaq kifayətdir”.

Biz bu təlxək  haqqında olan Vikipediya materialına baxmaqla “ermənilərin dərdinə çarə edəcək” avropalı deputatı tanıdıq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

30 Avqust 2018 16:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə