Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Baytarlıq Xidmətinin sahibkarlara müraciəti

Son vaxtlar istər müxtəlif baytarlıq sənayesi, istərsə də xarici ölkələrin kimya-əczaçılıq müəssisələri tərəfindən külli miqdarda dərman preparatları istehsal edilməklə aptek şəbəkəsinə buraxılır ki, bunlardan da müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu dərman maddələrinin sayı və adları ildən-ilə artsa da, həmin dərmanlara aid yeni və ən yeni məlumatlar yalnız onun içlik vərəqələrində qeyd olunur.

Hazırda müxtəlif xəstəliklərə qarşı istifadə olunan dərmanların əksəriyyəti düzgün istifadə edilmədikdə və ya tətbiqinə dəqiq əməl olunmadıqda onların yüksək toksiki təsirləri qeydə alınır, hətta, heyvanlar arasında kəskin zəhərlənmə, ölüm halları  törədir və nəticədə təsərrüfatlara iqtisadi ziyan dəyir.

Bu səbəbdən heyvan sahibləri dərmanlardan istifadə qaydalarına xüsusi diqqət göstərməli, yalnız baytar həkimi tərəfindən yazılmış resept əsasında dərman preparatlarını almalı, preparatlar baytar həkiminin iştirakı və tövsiyəsi altında tətbiq olunmalıdır. Resept - dərmanların hazırlanması və istifadə edilməsi üçün əsas sənəd olub baytarlıq müəssisələri və ya həkimin aptek, yaxud əczaçıya yazılı müraciətidir.

Son zamanlar respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən onlara məxsus iribuynuzlu heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi nəticəsində heyvanlar arasında zəhərlənmələr və tələfat hallarına təsadüf edilir. Belə hallar vətəndaşların ərazinin baytar mütəxəssislərinə məlumat vermədən özbaşına baytarlıq apteklərindən akarasid və insektsid dərman maddələrini alaraq həmin dərmanın təlimatına əməl etmədən isti havada kortəbii şəkildə heyvanların çimizdirilməsi nəticəsində baş verir.

Məlumat üçün bildiririk ki, “Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2007-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilib. Qərara uyğun olaraq, ektoparazitlərə qarşı heyvanların çimizdirilməsində istifadə edilən akarasid və insektsid dərman maddələri reseptsiz buraxılır. Lakin həmin preparatın tətbiqi baytar mütəxəssisinin iştirakı və tövsiyəsi ilə həyata keçirilməlidir

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin bir daha diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı və tövsiyəsi olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərin, o cümlədən heyvanların çimizdirilməsinin aparılması yolverilməzdir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

30 Avqust 2018 16:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə