Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ rayonu ərazisində arxeoloji tədqiqatlar aparılır

Bu ilin avqust ayından etibarən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Seul Milli Universitetinin (Koreya) birgə əməkdaşlığı çərçivəsində Qəbələ rayonu ərazisində yerləşən Səlbir antik və orta əsrlər yaşayış yerində aparılan arxeoloji tədqiqatlar davam etməkdədir.

www.science.gov.az saytının məlumatına görə, arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Qəbələ antik və ilk orta əsrlər arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli, Koreya Respublikası tərəfindən Seul Milli Universitetinin professoru Yonq İl Kim rəhbərlik edir. Arxeoloji tədqiqatlar Səlbir ərazisinin iki qazıntı sahəsində aparılır və tədqiqatlar zamanı yaşayış yerinin cənub-qərb kənarında üst mədəni təbəqəyə aid iri yaşayış binası aşkar edilib. Bünövrəsi çay daşından qurulan və divarları bişmiş kərpiclərlə ucaldılan bina güclü dağıntılara məruz qalıb. XII-XIII əsrlər arasında mövcud olan binada müsəlman qəbirləri də aşkar edilib.

Qeyd edək ki, Səlbir yaşayış yerində Azərbaycan-Koreya birgə arxeoloji tədqiqatları SEBA (Seul-Bakı), Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə 2009-cu ildən etibarən təşkil olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

30 Avqust 2018 16:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə