Ən son xəbərlər
№ 125 Bakı şəhəri, 27 mart 2019-cu il
“Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 429 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560; 2018, № 11, maddə 2433, № 12 (II kitab), maddə 2726; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 21 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in cədvəlinə aşağıdakı məzmunda 12.2-ci bənd əlavə edilsin:
12.2. |
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi |
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar |
1 may 2019-cu il |
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə