Ən son xəbərlər
№ 124 Bakı şəhəri, 27 mart 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 379 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 192, № 5, maddə 461; 2008, № 1, maddə 39; 2009, № 1, maddə 22; 2016, № 3, maddə 614, № 8, maddə 1449, № 10, maddə 1717; 2017, № 12 (II kitab), maddə 2546) ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:
“1.1-1. Bu Qaydalar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.”;
1.2. 1.3-cü bənddə “Daşınmaz və daşınar” sözləri “Daşınar” sözü ilə əvəz edilsin;
1.3. 2.1.1-ci yarımbənddən “daşınmaz və” sözləri çıxarılsın.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatı bu Qərar qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə