Ən son xəbərlər
№ 123 Bakı şəhəri, 27 mart 2019-cu il
“İpoteka kağızı”nın formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 379 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin
1. “İpoteka kağızı”nın formasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulada “2-ci” sözü “2.2-ci” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Bu Qərar daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızına şamil edilmir.”.
2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının forması bu Qərar qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 5 sentyabr tarixli 165 nömrəli Qərarı ilə müəyyən edilmiş “İpoteka kağızı”nın formasına uyğun tərtib olunur.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Köhnə versiyamızdan xəbərləri izlə