Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messidən növbəti rekord

“Barselona” klubunun hücumçusu Lionel Messi yeni rekorda imza atıb. Argentinalı hücumçu La Liqanın 28-ci turu çərçivəsində “Betis”lə keçirilən oyunda 477-ci qələbəsini qazanıb və bununla da Xavi Hernandezi qabaqlayıb. Qeyd edək  ki, Hernandezin hesabında 476 qələbə var. “Barselona”da bu göstəriciyə görə üçüncü yerdə isə sabiq yarımmüdafiəçi Andres İnyesta (459) yer alıb. Yeri gəlmişkən, Messi cari mövsümdə İspaniya çempionatında 26 oyuna 29 qol vurub.
Xəbəri “Eurosport” verib. 

 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

18 Mart 2019 22:06 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə