Ən son xəbərlər
№ 74 Bakı şəhəri, 4 mart 2019-cu il
“2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması”nın təsdiq edilməsi barədə
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin forması” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 4 mart
tarixli 74 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli .....................yaşayış binası kompleksinin) istismarına
İ C A Z Ə
№ ____ “ ___ ” _______________
(tarix)
1. Rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd __________________
2. Tikinti obyektinin istismarına icazə verən orqanın adı __________
______________________________________________________
3. Tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı (adı olduqda) _______________________________________________
______________________________________________________
4. Tikinti obyektinin istismar təyinatı __________________________
5. Tikintiyə dair icazəverici sənədlər (mövcud olduğu halda) ______________________________________________________
______________________________________________________
(tikintiyə icazə, tikinti layihəsinin yerli icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılması barədə qeydin və ya tikintiyə razılıq (torpaqayırma, layihələndirmə və s.) verilməsi barədə həmin orqanın qərarının tarixi və nömrəsi)
6. Tikinti obyektinin sahibi (sifarişçisi) ________________________
7. İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi ______________________________________________________
8. Tikinti obyektinin əsas texniki göstəriciləri:
Göstəricilərin adı |
Ölçü vahidi |
Binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən layihə üzrə |
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, __________________ tarixindən _________________________ istismarına icazə verilsin.
Tikinti obyektinin istismarına icazə verən orqanın rəhbəri
_______________
M.Y.
Köhnə versiyamızdan xəbərləri izlə