Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 69 Bakı şəhəri, 28 fevral 2019-cu il 
 
“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli Qərarında (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 604, № 5, maddə 1115)  aşağıdakı dəyişikliklər edilsin: 
1.1. həmin Qərara 1 nömrəli əlavə - “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “193”, “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195”, “185” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Qərara 2 nömrəli əlavə - “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “176” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.3. həmin Qərara 5 nömrəli əlavə - “Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “180”, “170” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.4. həmin Qərara 6 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə:
1.4.1. adında “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;
1.4.2. “Aylıq vəzifə maaşı (manatla)” sütununda “165” rəqəmi “180” rəqəmi ilə əvəz edilsin;
1.5. həmin Qərara 7 nömrəli əlavə - “İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209”  və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.6. həmin Qərara 8 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.7. həmin Qərara 9 nömrəli əlavə - “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzinin Aparatı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi işçilərinin aylıq vəzifə maaşlarının sxemi” üzrə:
1.7.1. adında “Azərbaycan Aqrar Elm” sözləri “Aqrar Elm və İnnovasiya” sözləri ilə əvəz edilsin, “, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi” sözləri çıxarılsın; 
1.7.2. “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204”, “182” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.8. həmin Qərara 10 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “170” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180”  rəqəmləri ilə əvəz edilsin;
1.9. həmin Qərara 11 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondunun işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “209” və “165” rəqəmləri müvafiq olaraq “210” və “180”   rəqəmləri ilə əvəz edilsin;
1.10. həmin Qərara 12 nömrəli əlavə - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “193” və “176” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.11. həmin Qərara 15 nömrəli əlavə - “Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” və “171” rəqəmləri müvafiq olaraq “210” və “180” rəqəmləri ilə əvəz edilsin;
1.12. həmin Qərara 16 nömrəli əlavə - “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “204” rəqəmi “210” rəqəmi ilə əvəz edilsin;
1.13. həmin Qərara 18 nömrəli əlavə - “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının sxemi”nin “Aylıq vəzifə maaşı (manatla)” sütununda “187”, “171” və “165” rəqəmləri müvafiq olaraq “210”, “195” və “180” rəqəmləri ilə əvəz edilsin.
2. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir. 
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə