Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 68 Bakı şəhəri, 28 fevral 2019-cu il 
 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.
2. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
 
 
 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına

 

1 nömrəli əlavə

 

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan  Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin

 

Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

180

2

187

3

195

4

203

5

211

6

219

7

228

8

237

9

246

10

256

11

266

12

277

13

288

14

300

15

324

16

363

17

435

18

587

19

881

 

 

 

Aparatın rəhbəri                                         Xələf Xələfov

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına

 

2 nömrəli əlavə

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin

 

Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri

Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1

180

2

187

3

195

4

203

5

211

6

219

7

228

8

237

9

246

10

256

11

269

12

283

13

297

14

323

15

352

16

405

17

515

18

654

19

895

 

 

Aparatın rəhbəri                                         Xələf Xələfov

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə