Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 67 Bakı şəhəri, 28 fevral 2019-cu il
 
“Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə
“Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1287-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 699 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 313; 2002, № 7, maddə 445; 2006, № 11, maddə 994; 2009, № 2, maddə 152; 2015, № 11, maddə 1418) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin ayrılması Qaydası” üzrə:
2.1. adına və 1-ci hissəsinə “sahələrinin” sözündən sonra “istifadəyə” sözü əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;
2.3. 3-cü və 6-cı hissələrdən “və icarəyə” sözləri, 7-ci hissədən “və ya icarəyə” sözləri çıxarılsın;
2.4. 5-ci hissəyə “tələb edilən” sözlərindən əvvəl “dövlət torpaq kadastrının məlumatları əsasında” sözləri əlavə edilsin.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə